Alimlərdən nadir TAPINTI: Erkək qazın qadınla cütləşdiyi ibtidai HEYKƏL - FOTO

media-hightechnic-468x90

Arxeoloqlar insan–heyvan qarşılıqlı əlaqəsinə dair məlum olan ən qədim əsəri kəşf ediblər.

Yenicag.az xəbər verir ki, İsrailin şimalında tapılan 12 min illik heykəlcik, əkinçilik inqilabından əvvəlki cəmiyyətlərin inanclarına və bədii bacarıqlarına işıq salır.

Yerusəlim Yəhidi Universitetindən Laurent Davin rəhbərliyindəki tədqiqatçılar Taberiyə gölü yaxınlığındakı “Nahal Ein Gev II” adlı arxeoloji qazıntı sahəsində unikal bir tapıntı ilə üzləşiblər.

Komanda diametri 5 metr olan yarımdairəvi daş quruluşun içində qadın və quşu birlikdə təsvir edən gil heykəlcik aşkar edib.

PNAS elmi jurnalında noyabrın 17-də dərc olunan məqaləyə görə, bu 12 min illik heykəlcik insan–heyvan qarşılıqlı əlaqəsini göstərən ən qədim əsərdir.

Davin bunun həm də Cənub-Qərbi Asiya sənətində məlum olan ən qədim naturalist qadın təsviri olduğunu bildirir.

Araşdırmaya görə, uzunluğu 3,7 santimetr olan gil heykəlcik təxminən 400 dərəcə istilikdə bişirilib. Əsərin üzərində qırmızı piqment qalıqları da aşkar olunub.

Arxeoloqlar heykəlciyin üzərindəki barmaq izinə əsaslanaraq onun bir qadın tərəfindən hazırlanmış ola biləcəyini düşünürlər. Komanda həmçinin sənətkarın işıq və kölgədən istifadə edərək dərinlik və perspektiv yaratdığını müəyyən edib. Bu texnikaların xüsusilə Neolit dövründə inkişaf edəcəyi halda, 12 min il əvvəl tətbiq olunması diqqətçəkici hesab olunur.

Alimlər əsərin tapıldığı yerin Natuf mədəniyyətinə aid olduğunu vurğulayırlar. Levantda təxminən 11 min 500–15 min il əvvəl yaşamış bu xalq Cənub-Qərbi Asiyada məskunlaşmış həyat tərzinə keçən ilk ovçu-toplayıcılar idi. Bu mühüm dəyişiklik əkinçiliyin qəbulundan əvvəl baş vermişdi.

Yeni tapıntılar Natuf mədəniyyətinin inancları barədə də mühüm fikir verir.

Heykəldə qaz olduğu güman edilən quş qarşısındakı qadını arxadan qismən qucaqlayacaq şəkildə təsvir olunub. Bu görüntü qadının ovladığı heyvanı daşıması kimi yozula bilər.

Lakin tədqiqatçılar qadının irəli əyilməsi və qazın canlı görünməsi səbəbindən daha mifoloji izahı üstün tuturlar: erkək qaz qadının üstünə çıxaraq onunla cütləşir.

Məqalənin digər müəllifi Leore Qrosman belə əlavə edir: “Bu qarşılıqlı əlaqə səhnəsini heyvan ruhu ilə insan arasındakı xəyali cütləşmənin təsviri kimi şərh etdik”.

Bu mövzu erotik yuxular, şamanistik görmələr və miflər kimi müəyyən hallarda dünyanın müxtəlif yerlərindəki animist cəmiyyətlərdə geniş yayılıb.

Araşdırmaçılar bu cür cütləşmə səhnələrinin çox vaxt birbaşa real mənada istifadə edilmədiyini bildirirlər.media-103968419-15301215-image-a-15_1763457458386 media-1359760-119424804

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa