16 saatlıq Minsk danışıqlarının nəticəsi-Razılıq əldə olunub

media-hightechnic-468x90

d6b15a0b090289bc538d4d3ecb9a28a4Vladimir Putin: “Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq”

Ukraynadakı münaqişə ilə bağlı Minskə aparılan 16 saatlıq danışıqların yekununa dair 2014-cü ilin 5 və 19 sentyabr tarixlərində Minskdə imzalanan razılaşmaların yerinə yetirilməsi ilə bağlı sənəd imzalanıb.

Sənəd Təmas Qrupu tərəfindən imzalanıb.

Buna baxmayaraq Minsk razılaşmalarının yerinə yetirilməsinə dəstək barədə bəyannaməni imzalamaq mümkün olmayıb.

Jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, danışıqlar zamanı atəşkəsin fevralın 15-də saat 00.00-dan elan edilməsi haqda razılıq əldə olunub.

“Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq. Münaqişə tərəflərini hərbi texnikanın geri çəkilməsi zamanı təmkin nümayiş etdirməyə çağırırıq. Əgər hamı Donbasda sülhün bərqər olması barədə razılığa gəlmək istəyirsə, Kiyevin Donetsk və Luqansk “xalq respublikaları” ilə birbaşa təmasları olmalıdır”, – deyə o vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600