“20 Yanvar” dairəsi genişləndirilir

media-hightechnic-468x90

20yanvar_road_temir_160315Paytaxtın “20 Yanvar” dairəsi adlanan ərazisində genişləndirmə işlərinə başlanılıb. Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündən gələn nəqliyyat vasitələri “20 Yanvar” ərəazisinə daxil olan zaman müəyyən sıxlıqla qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirmə işlərinə start verilib.

Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytaranlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda, avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır(trend).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa