Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.
A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
www.yenicag.az