Aytən Səfərova hamını aldatdı – VİDEO

“Maşın şou”nun növbəti buraxılışı geridə qalıb.

Yenicag.az xəbər verir ki, səsverməyə çıxan Aytən Səfərova yüksək səs toplayaraq oyunda iştirakını davam etdirib. Amma onun strategiyası çoxunu təəccübləndirib. Belə ki, hər kəs Aytəndən qalmaqal yaşadığı Mətanət Əliverdiyevanı yarışmadan uzaqlaşdıracağını gözləsə də, o, tamamI ilə fərqli addım atıb.

Aktyor Məcid Hüseynovu yarışdan uzaqlaşdıran Səfərova “Oyunun əvvəlindən demişdim, həmkarlarıma toxunmayacam. Mətanətlə olan gərginlik artıq bitsin. Mətanətə toxunmuram. Hədəfim Məciddir. Qalan iştirakçılarla bizi gərgin mübarizə gözləyir” açıqlamasını verərək seçiminə münasibət bildirib.

COP29