İngiltərədə 37 məhbusun yanlışlıqla həbsxanadan azad edildiyi və onlardan 5-nin geri dönmədiyi açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniya Ədliyyə Nazirliyinin rəsmisi bildirib. Bu səhv sentyabrın 10-da başlayan erkən azadlığa buraxılış proqramı çərçivəsində baş verib. Səhv məhbusların artıq qüvvədə olmayan qanunvericiliyə əsasən, qiymətləndirilməsi nəticəsində olub.
Anlaşılır ki, vaxtından əvvəl azadlığa buraxılan məhbuslar müəyyən cinayətlərə görə məhkum edilmiş şəxslərin azadlığa buraxılmasına mane olan güzəştlər çərçivəsində deyillər. Ədliyyə Nazirliyinin sözçüsü “Sky News”a açıqlamasında səhvən azadlığa buraxılan məhbusların polis nəzarətində olduğunu və tezliklə həbsxanaya qaytarılacağını bildirib.
Digər diqqətçəkən məqam isə 5 məhbusun həbsxanaya qayıtmaması olub. “Məhkumlar hələ də azadlıqdadır və cinayət törədənlər azadlığa çıxdıqları andan nəzarətdə saxlanılır. Onlar tezliklə dəmir barmaqlıqlar arxasına qayıdacaqlar”, – sözçü bildirib.
İngiltərə və Uelsdəki həbsxanalardakı həddən artıq sıxlığı azaltmaq məqsədilə sentyabrın 10-da 1750 məhbus erkən azadlığa buraxılıb. Gələn ay da eyni sayda məhbusun azadlığa buraxılması planlaşdırılır.
Bu proseslərlər yanaşı, İngiltərə hökumətinin həbsxanalardakı sıxlıq nisbətinə görə Estoniyada həbsxana icarəyə götürmək planının olduğu da gündəmə gətirilib. İngiltərə və Uelsdə 1991-ci ildə təxminən 40 min olan məhbusların sayı son vaxtlar rekord həddə – 88 521-ə çatıb. Bildirilib ki, kişi həbsxanalarında cəmi 83 boş yer qalıb.
İsmayıl Bakuvi
www.yenicag.az