4%-lik marja ləğv olunur

media-hightechnic-468x90

Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: “Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq”.

Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600