4 nəfər bədbəxt hadisənin qurbanı oldu

media-hightechnic-468x90

cba4ec679eb2176eae7f5f27d694140fAbşeron rayon sakini Yaşar Vəliyev bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, mayın 2-də Xətai rayonunun Zığ yolu küçəsində Abşeron rayon sakini Yaşar Vəliyev idarə etdiyi “MAN” markalı evakuator avtomobilini təmir edərkən qaldırıcı qurğunun üzərinə düşməsi nəticəsində ölüb.

Aprel ayının 30-da Sumqayıt şəhər sakini Raisa Şahbazova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 3-də orada ölüb.
Bundan başqa mayın 2-də Qusar rayonunun Mucuq-palasa kəndinin ərazisindən keçən Samur-Abşeron su kanalına yıxılmış Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.
Daha bir bədbəxt hadisə Sabirabadda olub. Ötən il dekabrın 2-də Sabirabad rayonunun Cavad kəndində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə körpünün üstündən Kür çayına aşmış Əhliman Hüseynovun meyiti sudan çıxarılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600