4,1 ballıq zəlzələ baş verib
Egey dənizində 4,1 ballıq zəlzələ baş verib.
Bu haqda məlumatı “Cihan” agentliyi yayıb.
Zəlzələ Egey dənizindəki Saros körfəzində qeydə alınıb.
Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun Milli Zəlzələ İzləmə Mərkəzinin məlumatlarına görə, saat 06.41-də baş verən zəlzələ Gökçeadanın şimal-şərqində, yerin 13,4 kilometr dərinliyində olub.