!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 nəfərin ölümünə səbəb oldu - Verilən cəza ilə razılaşmadı  

!Reklam – Yazi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zakir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, vəkil Əli Hüseynovun APA-ya bildirdiyinə görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Z. Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil məhkəmənin hökmünün ədalətli olmadığı üçün apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, 2017-ci il sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri – Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova və daha bir nəfər hadisə yerində ölüb, Z.Əliyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

COP29

www.yenicag.az

1974
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv