!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

500 milyon il əvvəldən gələn İŞIQ: Super kütləli qara dəliklərin necə yarandığı gün üzünə çıxır

!Reklam – Yazi

Super kütləli qara dəliklərin necə yarandığını araşdıran alimlər bununla bağlı önəmli məlumat əldə ediblər.

Yenicag.az xəbər verir ki, bu, “James Webb” teleskopunun yaxaladığı işıq sayəsində olub.

Belə ki, teleskop “UHZ1” adlı qalaktikadan gələn və 500 milyon ildən daha əvvələ aid olan işığı yaxalayıb. İşıq sayəsində qalaktikanın böyük qara dəliyə sahib olduğu anlaşılıb. Qalaktikanın mərkəzindəki qara dəliyin necə yaranması ilə bağlı simulyasiyalar gerçəkləşdirən alimlər onun supernovalara nisbətən daha böyük bir “toxum”dan ortaya çıxdığı qənaətinə varıblar.

Qeyd edək ki, qalaktikalaırn mərkəzində yer alan bu qara dəliklərin ortaya çıxması ilə bağlı iki versiya mövcuddur. Birinci versiyaya görə, bu cismlər başlanğıcda kiçik həcmli olub, daha sonra super kütləyə varacaq qədər maddə toplayaraq indiki halını alıblar. İkinci versiyaya görə isə, sözügedən cismlər daha böyük buludların öz içinə çökməsi nəticəsində meydana gələn nəhəng “toxum”lar yaratmaqla ortaya çıxıblar. “James Webb”in əldə etdiyi son datalar məhz ikinci versiyanın həqiqətə yaxın olduğunu üzə çıxarıb.

www.yenicag.az

1511
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv