56 illik sevginin son dayanacağı: Bir gün fərqlə ölüb, yan-yana dəfn olundular

media-hightechnic-468x90

İstanbulda yaşayan 56 illik evli cütlük Aydın və Taliha Salihoğulları bir gün fərqlə dünyasını dəyişib. Yaşlı cütlüyün cənazələri məmləkətləri olan Ordu vilayətinin Fatsa rayonunda yan-yana torpağa tapşırılıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda yaşayan 80 yaşlı Aydın Salihoğulları fevralın 4-də evində qəfil pisləşərək xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını itirib. Onun nəşi doğulduğu Fatsa rayonuna gətirilərək fevralın 5-də dəfn edilib.

media-yan-yana-defnedildiler-56-yillik-cift-1-gun-arayla-vefat-etti-1769092_202602061632_20260206163229_3

Aydın Salihoğullarının vəfatından təxminən 24 saat sonra acı xəbər bu dəfə ailənin xanımı Taliha Salihoğullarından gəlib. Həyat yoldaşının ölümünə dözə bilməyən yaşlı qadın müalicə aldığı xəstəxanada gözlərini əbədi yumub.

Talihanın nəşi də həyat yoldaşının ardınca Orduya gətirilib. Bu gün qılınan cənazə namazından sonra o, 56 il eyni yastığa baş qoyduğu ömür-gün yoldaşının düz yanında dəfn olunub.

Ölümləri ilə hər kəsi kədərləndirən cütlüyün hekayəsi “ayrılmaz sevgi” nümunəsi kimi yaddaşlara qazılıb.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05