Masallıda meşədən “Kalaşnikov” avtomatı aşkarlandı

media-hightechnic-468x90

Masallı rayonu ərazisindəki meşə dolayından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan sellofan torbaya bükülmüş 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa