İngiltərənin “Sanderlend” klubunun 6 yaşlı azarkeşi Bredli Loveri vəfat edib.
Yenicag.az xəbər verir ki, azyaşlının ölümünə xərçəng xəstəliyi səbəb olub.
Uşaqlıq çağında aşkarlanan avtonom sinir sisteminin şişi xəstəliyi ilə mübarizə aparan Bredlinin ölüm xəbərini ailəsi yayıb:
“Cəsur oğlum iyulun 7-də atasının və anasının qollarında mələklərin yanına getdi. Bizim superqəhrəmanımız böyük mübarizə aparsa da, aramızdan ayrılmalı oldu. Göylərdə mələklərlə rahat yat, oğlum”.
Qeyd edək ki, sözügedən xəstəlik Bredli Loveridə 1,5 yaşında aşkarlanmışdı. “Sanderlend”in maskotuna çevrilən azyaşlı fanatın müalicəsi üçün 700 min funt-sterlinq yığılsa da, şişin böyüməsi onun yaşamasına mane oldu.
www.yenicag.az