!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

61 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı ŞOK İDDİA – FOTO

!Reklam – Yazi

Braziliyada 61 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı qalmaqallı iddia ortaya atılıb.

Yenicag.az xəbər verir ki, içərisində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi San-Paulu ştatının Vinhedo şəhərində qəzaya uğrayıb, sağ qalan olmayıb. Təyyarə qəzasından sonra Braziliya prezidenti Lula da Silva ölkəsində üç günlük matəm elan edib.

Ölkəni silkələyən hadisədən sonra bir-birinin ardınca iddialar səslənib. İstintaq çərçivəsində ortaya çıxan yeni detallar da iddiaları gücləndirib.

Parana Tibb Şurasının verdiyi açıqlamaya görə, təyyarədə həyatını itirənlər arasında 8 həkimin də olduğu öyrənilib.

Braziliya mətbuatının yaydığı məlumata görə, ölən həkimlərin xərçəng sahəsində diqqətəlayiq işlər gördüyü və beynəlxalq konfrans üçün Sao Pauloya getdiyi bildirilib.

Qəzada həyatını itirən həkimlərdən Arianne Risso xəstələrinin xərçənglə mübarizəsi üçün bütün həyatını bu problemin həllinə həsr etdiyi bildirilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv