“Şərtim oldu, konsertimdə işıqlandırma elə olmalıdır ki, hər bir tamaşaçım üzümü aydın şəkildə görə bilsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Şəbnəm Tovuzlu mayın 27-də Gəncədə Heydər Əliyev Parkında açıq havada verəcəyi konsertlə bağlı danışarkən deyib. O, konsertində 7 minə qədər izləyicinin nəzərdə tutulduğu konsertin hər kəsin cibinə uyğun olduğunu deyib:
“Biletin qiyməti 10 manatdır. Elə qiymət etdik ki, hər kəsin cibinə uyğun olsun. Elə insan var ki, bir evdən 3-4 nəfər gəlmək istəyir, onların da konsertimi izləmək imkanları olsun. Demişəm ki, işıqlar yüksək səviyyədə olsun. Geyimlərim də xüsusi hazırlanır”.
O, konsertində canlı orkestrlə çıxış edəcəyini bildirib.
Qeyd edək ki, konsertin təşkilatçısı Emin Hüseynovdur. O, may ayında Şəbnəm Tovuzlu ilə birlikdə daha iki məşhur müğənninin də konsertinin baş tutacağını deyib.
Belə ki, mayın 9-da Vəfa Şərifova, mayın 19-da isə Mürsəl Səfərovun Gəncə Dövlət Filarmoniyasında solo konsertləri baş tutacaq.
Müğənnilərin konsertləri növbəti aylarda da davam etdiriləcək. Layihənin davamı olaraq türkiyəli sənətçilərin də Azərbaycanda konserti nəzərdə tutulub.
Cəvahir
www.yenicag.az