7 nəfər həbs edildi
“Paris şəhərində “Charlie Hebdo” satirik jurnalının redaksiyasına gerçəkləşdirilən terror aktı ilə bağlı 7 nəfər həbs edilib”.
Bu haqda məlumatı Fransanın Baş naziri Manuel Vals “Le Figaro” qəzetinə müsahibə verərkən deyib.
“France-Presse” agentliyi tutulanların bu gün səhər Şarlevil-Mezer, Reyms və Jenvilye şəhərlərində ələ keçirildiyini haqda informasiya yayıb.
Qeyd edək ki, 3 nəfərin təşkil etdiyi hücumda 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Hücumun Məhəmməd peyğəmbərin jurnalda dərc edilən karikaturası ilə əlaqəsi olduğu deyilir.
Digər ehtimala görə isə bu, “İslam Dövləti”nin liderlərindən biri olan Abu-Bakra al-Bağdadinin jurnalda çap edilən karikaturası ilə bağlı olub.