Rusiyada 72 yaşlı təqaüdçü qadın sosial şəbəkədə paylaşımına görə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Şaxtıdan olan 72 yaşlı təqaüdçü qadın “VKontakte” sosial şəbəkəsində iki paylaşıma görə həbs olunub.
O, ordu barədə “saxta xəbərlər və ekstremizmə çağırışlar” yaydığına görə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
“Network Freedoms” hüquqşünaslarının verdiyi məlumata görə, Yevgeniya Mayborodanın işi üzrə bu qərarı Rostov vilayətinin Şaxtı Şəhər Məhkəməsi verib. Prokurorluq ölən rus hərbçilərinin sayı ilə bağlı xəbərləri və videonu təkrar yayımladığı üçün yaşlı qadına 6 il həbs cəzası istəyib.
Xuraman Etibarlı
www.yenicag.az