Niyə Tramp müddəti uzatdı? — Vaşinqtonun "quru əməliyyatı" tərəddüdünün PƏRDƏARXASI

media-hightechnic-468x90

“ABŞ İrana qarşı quru əməliyyatına başlayarsa, regiondan dünya bazarına çıxan neft təchizatı ciddi risk altına düşə bilər”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü, politoloq Asif Şəkərli bildirib.

media-whatsapp-image-2026-04-06-at-15-36-03

Partiya rəsmisi ABŞ lideri Donald Trampın Hörmüz boğazı ilə bağlı qoyduğu müddəti uzatmasını şərh edərək, mümkün hərbi ssenariləri dəyərləndirib:

“Əgər ABŞ quru qoşunlarını bölgəyə yeridərsə, bunun yaradacağı riskləri diqqətlə nəzərdən keçirmək lazımdır. Belə bir əməliyyat strateji baxımdan ağır və genişmiqyaslı nəticələrə səbəb ola bilər. ABŞ və İsrail İrana qarşı quru hücumuna keçərsə, Tehran rejiminin müqavimət potensialı arta bilər – İranın nizamlı ordusu və ehtiyat qüvvələri sərhədlərdə ciddi döyüş qabiliyyətinə malikdir.

Digər tərəfdən, hərbi əməliyyatların coğrafiyasının genişlənmə riski kifayət qədər yüksəkdir. İranın cavab zərbələri artıq Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında PUA-lar və raketlər vasitəsilə müşahidə olunmaqdadır. Bu isə regional müharibənin alovlanması ehtimalını artırır”.

Politoloq vurğulayıb ki, hərbi gərginlik iqtisadi müstəvidə də qlobal böhrana yol aça bilər:

“İrana qarşı quru əməliyyatı neftin qiymətinə birbaşa təsir göstərəcək. İran dünyanın ən böyük neft ixracatçılarından biridir. Hərbi əməliyyatlar Təbriz yaxınlığında və ya Hörmüz boğazında gərginliyi pik həddə çatdırsa, qlobal neft təchizatı təhlükə altına düşər. Bütün bu amilləri nəzərə alsaq, ABŞ-ın İranda genişmiqyaslı quru əməliyyatına başlayacağı ehtimalı olduqca az görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05