"Vuraram, dağıdaram!" ritorikasının MƏXFİ SSENARİSİ: Tehran geri addım atacaq?

media-hightechnic-468x90

“Donald Tramp, prezident olsa belə, həlledici və tam müstəqil qərar verən fiqur kimi deyil, daha çox sistemin bir hissəsi, qərarların icraçısı və administratoru kimi çıxış edir”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

media-nwur4fiykvzqadi3r3fcpqusd3kbjugi-1

Ekspert ABŞ Prezidenti Donald Trampın İrana Hörmüz boğazını açmaq üçün vaxt qoyması və əks halda “İranı cəhənnəmə döndərəcəyi” barədə verdiyi bəyanatı şərh edib.

S.Hümbətov qeyd edib ki, Trampın sərt ritorikası hər zaman real hərbi addımlarla nəticələnməyə bilər:

“Prosesi sadəcə ‘Tramp–İran müharibəsi’ və ya ‘Tramp–Xameneyi qarşıdurması’ kimi təqdim etmək doğru deyil. Burada daha sistemli yanaşma mövcuddur. Bu, Trampın şəxsi eqosundan irəli gələn məsələ deyil. Trampın tez-tez bir-birindən fərqli açıqlamalar verməsi bəzən onun özündən asılı olmayan təsir bağışlayır. Bu, ABŞ-də “dərin dövlət” adlandırılan strukturların mövqeyinin Trampın dili ilə ifadə olunması kimi qiymətləndirilməlidir”.

Politoloqun fikrincə, mövcud vəziyyət Vaşinqtonun daha ciddi və genişmiqyaslı toqquşmadan yayınmaq cəhdini göstərir:

“Görünən odur ki, ABŞ özü də böyük müharibə istəmir. Çünki Yaxın Şərqdəki hərbi bazalar İranın gözlənilməz hücumlarına məruz qala bilər və bu risk ciddi şəkildə nəzərə alınır. Digər tərəfdən, ABŞ öz strateji məqsədlərini reallaşdırmağa çalışır. İranın nüvə proqramı, proksi qruplara dəstəyi və Hörmüz boğazı ilə bağlı təhdidləri Tehranın özünü qorumaq üçün istifadə etdiyi əsas alətlərdir”.

Samir Hümbətov vurğulayıb ki, ABŞ-nin Yaxın Şərq siyasətinin mahiyyəti Trampın şəxsiyyətindən daha çox dövlət maşınının maraqlarına söykənir:

“Real mənzərəni Amerikanın atdığı konkret addımlarda görürük. Bu addımlar nəticəsindən asılı olmayaraq ABŞ-nin regiondakı xəttini təşkil edir. Bu kontekstdə Tramp sadəcə bir icraçıdır. O, sistemin müəyyən etdiyi çərçivədə hərəkət edən administratordur”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05