8-ci sinif şagirdi qətl hadisəsi törətdi

media-hightechnic-468x90

images (33)Xızıda qətl törədən şəxsin orta məktəb şagirdi olduğu məlum olub.

Xızı Rayon Polis Şöbəsindən  verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır.

Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

* * *
Xızıda qətl törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600