!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərə qarşı ağlasığmaz DƏLƏDUZLUQ: Bu yolla aldadıb, pullarını aldılar

!Reklam – Yazi

“DİM sıradan bir qurum deyil ki, kimsə onun məlumatlarına təsir edə bilsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər müxtəlif dələduzlar tərəfindən abituriyentlərə imtahan ballarının qaldırılması ilə bağlı verilən vədlər haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, bu yolla abituriyentlər aldadılır.

“Son günlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ballarının artırılması, sualların onlarda olması ilə bağlı sosial şəbəkə seqmentində bir sıra hesablar elanlar paylaşır. Bu yolla abituriyentlər aldadılır. Məndə olan məlumata görə, hətta 100, 200, 150, 250 və bu kimi məbləğdə ödəniş edən abituriyentlər də var. Onların bir çoxu ailəsindən gizlin belə şəxslərə pullar göndərib”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, pulu alan dələduzlar daha sonra aradan çıxırlar:

“Məsələ orasındadır ki, hər mənada bu iş dələduzluq sayılır. Bu, eyni zamanda, cinayət tərkibi də yaradır. Fərz edək ki, o şəxslər DİM-ə müdaxilə edə bilir, bu halda belə əməldə cinayət var. DİM sıradan bir qurum deyil ki, kimsə onun məlumatlarına təsir edə bilsin. Çünki məlumatlar virtual hesaba yüklənməmişdən öncə əyani arxivlərdə saxlanılır, xeyli proseslərdən keçir. Həmçinin qəbul suallarının da kənara sızması mümkünsüz olur. Sadəcə, vədlər verən dələduzlar insanların həssas nöqtəsindən yaxınlaşaraq, onları aldatmağı bacarırlar. Vətəndaşları belə dələduzların qurbanı olmamağa səsləyirəm. Unutmasınlar ki, bu dələduzlara ödəniş edənlər də, sənədlərin saxtalaşdırılması, qeyri-qanuni vasitələrlə dövlət informasiya ehtiyatlarına müdaxilə edilməsi baxımdan məsuliyyət daşıyırlar”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv