ABŞ-da bıçaqlı şəxs insanlara hücum edib, xəsarət alanlar var

media-hightechnic-468x90

ABŞ-da bıçaqlı şəxs insanlara hücum edib.

Yenicag.az “Report”-a isdinadən xəbər verir ki, bu barədə “ABC15” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə İndianapolis şəhərində baş verib. Şəhərin mərkəzinə velosipedlə gələn naməlum şəxs meqafonun uca səsi ilə ətrafdakıların narahatlığına səbəb olub. Ətrafdakılar ondan buna son qoymağı xahiş etdikdə həmin şəxs bıçaqla onlara hücum edib. Nəticədə 2 nəfər xəsarət alıb. Onların vəziyyəti kritikdir.

Hakimiyyət orqanlarının məlumatına görə, ətrafdakılara hücum edən şəxs özü də yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa