ABŞ-da islamafobiya-3 insan müsəlman olduqları üçün öldürüldü
Yenicag.az-ın verdiyi xəbərə görə Şimali Karolina ştatındakı səssiz bir məhəllədə 3 müsəlman gəncin qaldığı evə silahlı hücum olub.
Hücum nəticəsində 23 yaşındakı Deah Barakat, həyat yoldaşı Yusor Məhəmməd və onun qardaşı Razan Məhəmməd vəhşicəsinə qətlə yetirilib.Amerika polisi bu sabah 5-də daha çox univeristet müəllimlərinin qaldığı binadan atəş səsləri gəldiyi xəbərini aldıqdan sonra bölgəyə gedib.Yaralı vəziyyətdə tapılan 3 gənc xəstəxanaya çatıdırlsa da yolda keçiniblər.
Müsəlmanları öldürən şəxs olan 47 yaşlı Kraiq Stefan Hiks olduğu bildirilir.47 yaşlı qatilin irqçi bir ateist olduğu qeyd olunur.
Öldürülən gənclərdən 23 yaşlı Deah Barakatın Şimali Karolina Universitetində diş həkimliyi fakultəsində oxuduğu və Fələstinli uşaqların dişlərinin müalicəsi üçün könüllü işlədiyi bildirilir.
Twitter-də gündəm
Müsəlman ailəyə qarşı gerçələşdirilən hücum twitter-də #ChapelHillShooting etiketi ilə dünya gündəminə yerləşib.