ABŞ-dan Türkiyəyə sosial media çağırışı
ABŞ Dövlət Departamentnin sözçüsü Meri Harf Türkiyədə sosial media saytlarına tətbiq edilmiş qadağaların qaldırılmasına dair çağırış edib.
Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə sosial şəbəkə saytlarının bağlanılmasının yolverilməz olduğunu qeyd edən xanım Harf deyib:
“Amerika Birləşmiş Ştatları Türkiyədəki ifadə azadlığını dəstəkləyir və azad sözü təhdid edən bütün hərəkətlərə qarşıdır. Azad və maneələrdən xilas olunmuş media açıq və demokratik cəmiyyətlərin təməl ünsürlərindəndir. Türkiyə hökumətindən vətəndaşlarının Twitter və Youtub-a girişin önündəki maneələri qaldırmasını və digər bütün sosial media platformalarına azad girişi təminat altına almasına çağırırıq. İfadə azadlığı hər sağlam demokratiya üçün açar əhəmiyyətli bir ünsürdür və bu təməl haqq Türkiyə konstitusiyası ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müqavilələri ilə qorunur.
Qeyd edək ki, bu gün yayılan xəbərlərdə artıq Türkiyədə Twitter-ə girişin maneəsiz olduğu bildirilir.