!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirdi

!Reklam – Yazi

Keçən ilin sentyabr ayında ABŞ hökuməti Intel-ə Huawei ilə əməkdaşlıq icazəsini vermişdi. Lakin yeni məlumata əsasən ABŞ hökuməti Intel-dən və bir sıra digər şirkətlərdən bu icazə lisenziyasını geri götürüb.

Yenicag.az Technote-yə istinadən xəbər verir ki, Huawei hal hazırda ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısındadır və ABŞ şirkətləri onunla əməkdaşlıq üçün dövlətdən xüsusi icazə almalıdırlar.

Verilmiş məlumata əsasən mövcud olan ABŞ administrasiyası Huawei şirkəti üçün komponentlərin istehsalı ilə məşğul olan şirkətlərə bəzi icazə lisenziyalarının geri götürülməsi xəbərini verib.

Hələ bir neçə müddət bundan öncə Ticarət Nazirliyi eksport üçün olan sorğuların böyük hissəsini ləğv etməyi və minimum bir yerli şirkətdən icazə lisenziyasının geri götürülməsini planlaşdırdığını bildirmişdi.

Məlumatda qeyd edilib ki, icazə lisenziyası geri çəkilmiş şirkətlər arasında Intel-dən başqa Kioxia Corpda var.

Adları sadalanmış şirkətlər və Huawei bu məsələ ilə bağlı fikir bildirməyiblər. Bildirişi əldə etmiş şirkətlər 20 gün ərzində ona reaksiya bildirməlidirlər.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv