“ABŞ-ın hədəfi Rusiyadakı rejimi dəyişməkdir”

media-hightechnic-468x90

indir“Rusiya Ukrayna böhranı ilə əlaqədar ABŞ tərəfindən tətbiq olunan sanksiyalarla uzun müddət məşğul olmaq məcburiyyətində qalacaq”.

Bunu Dövlət Dumasında Rusiya-ABŞ münasibətlərinə həsr olunan müzakirələrdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiyanın sanksiyaların öhdəsindən gəlməsi uzun sürən bir proses olacaq: “Bu proses illər çəkəcək”.

Cekson-Venik düzəlişinin ləğvi üçün 40 il mübarizə apardıqlarını xatırladan Rusiya XİN başçısının müavini bildirib ki, bu düzəliş indiki sanksiyaların kiçik bir hissəsi kimi görünür.

ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların hədəfinin doğru ifadə olunmasının vacibliyini vurğulayanS. Ryabkov qeyd edib ki, sanksiyaların əsas hədəfi Rusiyadakı rejimin dəyişməsi olub: “ABŞ Rusiyada hakimiyyəti dəyişmək niyyətində olduğunu gizlətmir. Rusiya ölçüb-biçilmiş addımlar atmalıdır. Biz ABŞ-la əlaqələri kəsən ilk tərəf olmamalıyıq. Əks tədbirlərimiz balanslı və planlı şəkildə olmalıdır”.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600