ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.
“Müəyyən məhdudiyyətlər mövcuddur, ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var. Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb”, – Ukrayna Prezidenti bildirib.
www.yenicag.az