“ABŞ-nin də Yaxın Şərqdəki siyasətində müəyyən yalnışlıqları var”.
Bu fikri Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə baş verən prosesləri dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, Yaxın Şərqdə gərginliyin artmasında ABŞ və İranın əli var.
“Netanyahunun apardığı siyasət Yaxın Şərqi bir-birinə vurub. İsraildə xalq və din xadimləri müharibənin əleyhinə çıxış edirlər. Onlara əhəmiyyət vermir”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, ABŞ-nin də müəyyən yalnışlıqları var:
“ABŞ silahdan verir, İsrail tərəfi də fələstinlilərə qarşı ondan istifadə edir. ABŞ ilə yanaşı Yaxın Şərqdə İran da qızışdırıcı mövqe tutub. Bu iki ölkənin sərgilədiyi mövqe bölgənin gərginləşməsində mühüm rol oynayır”.
Səxavət Məmməd
www.yenicag.az