ABŞ ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi

media-hightechnic-468x90

ABŞ-nin Yaxın Şərq bölgəsindəki Silahlı Qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Voennıy obozrevatel” məlumat yayıb.

Məlumata görə, Pentaqon yaxın saatlarda İsrailin Livanda quru əməliyyatına başlayacağını gözləyir.

ABŞ üçün əsas sual İranın hərəkətə keçib-keçməyəcəyidir. Hazırda böyük kəşfiyyat qüvvələri bu məsələnin həllinə yönəlib.

Bu gün İran prezidenti bildirib ki, Tehran HƏMAS hərəkatının rəhbərinin öldürülməsinə görə İsrailə qarşı hərbi cavabdan imtina etsə də, lakin Qərb Livan və Qəzzada atəşi dayandırmaq vədinə əməl etməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600