ABŞ SEPAH üzvünün başına 20 milyon pul qoydu

media-hightechnic-468x90

ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Şəhram Pursəfinin barəsində məlumat verənə 20 milyon dollar mükafat təyin edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəanatında deyilib.

Bildirilib ki, Şahin Purbəxş ləqəbi ilə tanınan Pursəfi Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda ittiham olunur.

“Ədalət üçün Mükafat” proqramı X sosial şəbəkəsindəki paylaşımında ​​yazıb ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər SEPAH üzvü Boltonu öldürmək üçün adamlar cəlb etməyə çalışıb.

“Onun məsuliyyətə cəlb edilməsinə kömək edin”, – paylaşımda qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05