S-400 raket sistemləri Türkiyəyə verilərsə bir çox problemlərə səbəb olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi təmsilçisi Kay Beiler Haçison bildirib.
“Artıq geriyə yol görünmür. S-400-lərin Türkiyəyə təslim edilməsi qaçınılmaz görülür. Bu isə, F-35 qırıcılarının ortaq istehsalı layihəsindən çıxarılması ilə bərabər bir çox başqa sanksiyalarla üzləşməsi ilə də nəticələnə bilər” – deyə, ABŞ diplomatı sərt şəkildə hədə-qorxu gəlib.
Bu gün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə S-400 məsələsi ilə bağlı açıqlama verib:
“Türkiyənin təhlükəsizliyi məsələsinə biganə qala bilmərik. S-400 bizim təhlükəsizliyimiz üçün çox önəmlidir. Gələn aydan başlayaraq sistemlərin Türkiyəyə idxalına başlayırıq. Bu həm də Türkiyənin suverenlik hüququdur və geri addım atılmayacaq”.
Həşim Səhrablı
www.yenicag.az