ABŞ üç ölkəyə qoşun yeridəcək

media-hightechnic-468x90

ABŞ Konqresi Sakit Okean ada ölkələrinə ABŞ-nin eksklüziv hərbi mövcudluğu müqabilində 7,1 milyard dollar iqtisadi dəstəyi təsdiqləyib.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşrində yazı dərc edilib.

Yazıda qeyd olunub ki, söhbət Palau, Marşal adaları və Mikroneziyadan gedir.

“ABŞ Konqresi ABŞ-nin Sakit Okean ada ölkələri ilə əsas müqavilələrinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu saziş ABŞ-yə Palau, Marşal adaları və Mikroneziyaya eksklüziv hərbi giriş imkanı verir”, – deyə nəşr bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600