Abşeronda azyaşlı qızı qaçırmağa cəhd etdilər

media-hightechnic-468x90

Abşeron rayonunda 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırılmasına cəhd edilib.

Yenicag.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisənin dörd nəfər maskalı şəxs tərəfindən törədildiyi bildirilir.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər:

“Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600