ADNA tələbələri Sərkisyanın cinayətkar elan olunmasına səs verir

media-hightechnic-468x90

sarkisyan-qkqqAzərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaş və tələbələri Ermənistan prezidenti “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulub.

ADNA-nın mətbuat xidmətindən verilən məlumata görə, artıq əməkdaş və tələbələr lazım olan səsin toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak edirlər.

“Artıq sosal şəbəkələrdə aktiv olan gənclərimiz istər sosial media, istərsə də müəyyən tədbirlər çərçivəsində bu barədə gəncləri məlumatlandırır və daha aktiv olmağa səsləyirlər”-deyə ADNA-nın mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı bildirib.

Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib.

Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600