!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA bu klubları cəzalandırdı

!Reklam – Yazi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Misli Premyer Liqası XIII turunun “Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə ev sahibi klub 1600 manat cərimələnib.

“Şamaxı” klubunun qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə edilib, Anar Niftəliyev 5 oyunluq kənarlaşdırılıb. Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cəzalandırılıb.

“Zirə”yə qarşı oyunda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat ödəməli olacaq.

“Sumqayıt” – “Neftçi” oyununda “ağ-qaralar” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimələnib. Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat ödəyəcək. Klubun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimələnib və Samir Abasov 5 oyunluq kənarlaşdırılıb.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimələnib.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv