AFFA futbol üzrə Azərbaycan birinci divizionu ilə bağlı yeni qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, yeni mövsümdən etibarən Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları da birinci divizionda iştirak edəcək.
Bu barədə assosiyasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə, bu gün keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında 2018/2019 mövsümündə iki yarışın birgə təşkilinə dair qərar qəbul olunub.
Məmmədov bildirib ki, diviziondan 4 və ya 6, əvəzedicilərdən isə 8 komanda eyni yarışda iştirak edəcək. Birinci divizonda yeni komanda olmayacaq. Divizionda tətbiq ediləcək limitə gəlincə, bu, 4 sərbəst, 6 1998-ci il təvəllüdlü, bir nəfər isə 2001-ci il təvəllüdlü futbolçudan ibarət olacaq.
www.yenicag.az