Ağac gövdəsində “Çay evi”

media-hightechnic-468x90

14190666045111223159_750x500Ağdaş rayonunun ərazisində, Türyançayın kənarında yerləşən nəhəng çinar ağacı onu ilk dəfə görənləri qeyri-adiliyi ilə heyrətləndirir.

İlk baxışdan hər kəsin diqqətini cəlb edən bu ağac nə az, nə çox 8 əsrə şahidlik edib. Hündürlüyü 40 metr, diametri 8 metr olan bu çinar ağacının gövdəsindən ayrı-ayrı vaxtlarda anbar və dükan kimi, eləcə də digər məqsədlər üçün istifadə edilib. Hazırda isə çinar ağacını maraqlı edən əsas xüsusiyyət isə onun gövdəsində “Çay evi”nin qurulmasıdır. Yerli sakinlər asudə vaxtlarında həmin çinar ağacının gövdəsindəki “Çay evi”ndə dincəlirlər. Sakinlərin dediyinə görə, bu ağacın gövdəsi yayda çox sərin, qışda isə mülayim olur. Bu ağacın ölkədə bənzəri olmadığı üçün rayona gələn qonaqlar həmişə orada çay içərək, çinarın yanında xatirə şəkli çəkdirirlər.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Ağdaş şəhərinin girişində yerləşən ağac maddi-mədəniyyət nümunəsi kimi dövlət tərəfindən mühafizə olunur.

(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600