Ağdamda hərbi vətənpərvərlik nümayiş olundu

media-hightechnic-468x90

83682Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordu xalqın dayağıdır!” mövzusunda üç gün davam edəcək tədbirin açılışı olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin ilk günündə hərbi birlik və hissələrin bir qrup zabit heyəti, döyüş hazırlığında və xidmətdə fərqlənən 30 nəfər hərbi qulluqçu, Ağdam rayon İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Yaqub Məmmədov tədbir iştirakçıları ilə görüş keçirib.

Tədbirin ilk gününün sonunda iştirakçıların Quzanlı qəsəbəsi, Sultanbut və köçkünlər üçün inşa edilmiş 18 saylı tam orta məktəblərdə şagirdlərlə görüşləri təşkil olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600