!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Xalq artisti: “Allah heç bir valideynə övlad dağı göstərməsin!” – FOTOLAR

!Reklam – Yazi

“Oqtay, sənsiz çox çətindir, ağrı qılınc kimi kəsir bəzən, göyüm-göyüm göynədir!.. Allah heç bir valideynə övlad dağı göstərməsin!”

Yenicag.az xəbər verir ki, bunu Xalq artisti, rejissor Vaqif Əsədov mərhum oğlu Oqtayın doğum günündə kədərini ifadə edərkən belə yazıb.

Xalq artisti ağır itkidən sarsıldığını belə ifadə edib:

“Bu gün “Facebook” yadımıza salır ki, sabah sənin doğum günündür oğul, nə deyim, əslində bu, sənin bəzi “dostlarından” daha etibarlı, daha sədaqətli olan bir əməldir. Əslinə qalanda dostlarının, tanışlarının çoxu səni unutmayıblar, hər zaman xoş xatıirələrlə yad edirlər. Sağ olsunlar. Mən hamıya xoş günlər arzulayıram.

Bu il ikinci dəfədir ki, sənsiz qeyd edirik bu günü. Yeganə toxtaqlığım odur ki, keçən hər gün məni sənə yaxınlaşdırır. Bilmirəm, doğrudanda “O DÜNYA” deyilən bir aləm varmı, yoxmu, amma mən buna ümid edir və o görüşün həsrətilə yaşayıram. Oqtay, sənsiz çox çətindir, ağrı qılınc kimi kəsir bəzən, göyüm-göyüm göynədir!.. Allah heç bir valideynə övlad dağı göstərməsin! Uşaqlar yaxşıdılar, çox şükür, onlardan nigaran qalma, Allah qoysa, hər şey yaxşı olacaq.

Oğul, 48 yaşın mübarək! Ruhun şad, o dünyan nurlu, məkanın Cənnət olsun, Amin!”

Cəvahir

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv