!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan XALQ ARTİSTİ: “Allah möhlət versin, balalarını bir tərəfə çıxara bilim”

!Reklam – Yazi

“O ağır itkinin sarsıntısından çıxa bilmirəm. Buna görə də hələ ki, müğənni kimi efirlərə çıxmaq, oxumaq həvəsində deyiləm”.

Bunu avqust ayında bacısını, tanınmış rejissor Arzu Məmmədovanı itirən tanınmış müğənni, Xalq artisti Zümrüd Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi vaxtsız dünyasını dəyişən bacısının övladlarına da baxdığını bildirib:

“Efirlərə dəvət edirlər, amma gedə bilmirəm. Mənə çox ağırdır. Pedoqoji fəaliyyətimi davam etdirirəm. Amma müğənni kimi qol qaldırım, mahnılar oxuyum, bu, hələ ki, mümkün deyil. Xalqım də məni anlayar yəqin, heç vaxt onlardan gizlənməmişəm. Həm toyda, həm yasda, həmişə xalqımın yanında olmuşam. Amma indiki vaxtda kədər içindəyəm. Nə vaxt özümə gəlsəm, toparlansam, o zaman oxuyacam. Vaxtsız dünyasını dəyişən bacımın iki uşağı qaldı, onlara da mən baxıram. Evlərinə gedə bilmirlər, eyni vaxtda, qəfildən cavan ata-ana itirən o uşaqlar həmin evə ayaq belə basa bilmirələr. Allah mənə ömür versin, canıma dəyməsin, o uşaqları bir tərəfə çıxara bilim. Heç olmasa, bacımın gözü arxada qalmaz”.

Cəvahir

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv