!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır yol qəzası baş verdi – Ölən və yaralananlar var

!Reklam – Yazi

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər – 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər – 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv