Ağstafada baş verən qətllə bağlı MƏLUMAT

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) Ağstafada baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 14-də Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş T.Heydanov münaqişə zəminində qonşusu Hürriyyət Şəmilovu bıçaqla qətlə yetirib.

Polis və prokuqoqluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən T.Heydanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600