Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib

media-hightechnic-468x90
Avropa Parlamenti Serbiya ilə əlaqədar qətnamə qəbul edib.
Bu barədə Avropa Parlamentinin saytında bildirilib.
Qətnamədə “Serbiyadakı demokratiya ilə bağlı vəziyyət” kəskin tənqid olunub.
Avropa Parlamentinin deputatları Serbiyanın Avropa İttifaqına üzvlüyünə dəstəyinin müəyyən şərtlər daxilində olacağını bildiriblər.
Bu şərtlərə demokratiyaya və qanunun aliliyinə hörmət, fundamental insan haqlarına riayət olunması, Serbiyanın Aİ-nin Ortaq Xarici və Təhlükəsizlik Siyasəti ilə tam uyğun hərəkət etməsi, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulması daxildir.
Qətnamə 457 nəfərin lehinə, 103 deputatın əleyhinə və 72 nəfərin bitərəf qalması ilə qəbul olunub.
\APA
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa