Aİ və Azərbaycan “yaşıl” hidrogen ticarəti perspektivlərini müzakirə etdi

media-hightechnic-468x90

Aİ və Azərbaycan “yaşıl” hidrogen və digər bərpa olunan qazların generasiya güclərinin, nəqliyyatının və ticarətinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə “Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun mətnində deyilir.

Tərəflər karbonsuzlaşdırılməsı çətin olan sənaye proseslərində, enerji istehsalı kimi iqtisadi sektorlarda istixana qazı emissiyalarını azaltmaq üçün davamlı həll yolu kimi bərpa olunan hidrogen və digər bərpa olunan qazlardan istifadənin vacibliyi barədə razılığa gəlirlər. Onlar həmçinin investisiyaların artırılması və bərpa olunan hidrogen və digər bərpa olunan qazların istifadəsi üçün şərait yaradılmasının vacibliyini vurğulayırlar.

Tərəflər bərpa olunan hidrogen və digər bərpa olunan qazların generasiya güclərinin inkişafı perspektivlərinin, nəqliyyatın və ticarətin, habelə bərpa olunan hidrogenin və onun törəmələrinin sənaye proseslərində və enerjinin saxlanmasında istifadəsi perspektivlərinin müzakirəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600