!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailədə ata faktorunun əhəmiyyəti – Psixoloqdan vacib açıqlama

!Reklam – Yazi

Hər bir ailədə atanın rolu danılmazdır. Xüsusən də oğlan uşaqlarının tərbiyəsində bu rol böyükdür. Bəs bugünkü ailə modelində sözügedən məsələ necə tənzimlənir? Bütün atalar övladlarına örnək ola bilirmi? Bilmirlərsə, bu hal xüsusən də oğlan uşaqlarının gələcək taleyinə necə təsir edir? Suallarımızı Pozitiv Karyera və Təlim Mərkəzinin rəhbəri, Beynəlxalq dərəcəli psixoloq Nəsibə Tağıyeva cavablandırır:

“Uşaqların dünyaya gəldikdən bəri izlədikləri valideyn tipi onların anaları olur, amma 3-6 yaş dönəmində artıq uşaqlar öz həmcinslərini izləməyə başlayırlar. Oğlan uşaqları atalarını, qız uşaqları isə analarını izləyir, əks cinsin davranışlarındakı fərqi aşkarlamağa başlayırlar. Bu yaşda olan uşaqlar hətta atanın fincanı necə tutmasını, atanın jestlərini, hətta onun istifadə etdiyi sözləri belə mənimsəyirlər.

Əgər sözügedən dövrdə uşaq atadan şiddət görərsə, bu, onun şüuraltına həkk olunur. “Sən uşaqsan, cavab qaytara bilməzsən”, “Mən böyüyəm səni vura bilərəm!” kimi cümlələr uşaqlarda ertələnmiş aqressiyanın mənbəyi kimi yığılır. Uşaq düşünür ki, demək mən böyüyəndə kiməsə aqressiyamı tökə, şiddət göstərə bilərəm.

Ya da tam tərsi… Əgər ata oğluna “ sən kişisən nə istəsən edə bilərsən, kim nə desə cavabını qaytar” kimi sözlər deyirsə, bu da həmin uşaqda əks cinsi əzmək, ona şiddət göstərə bilmək fikri kimi formalaşır. Atalar oğlanları ilə qurduqları bağa, onlarla rəftara və ən əsası da övladlarının yanındakı davranışılara xüsusi fikir verməlidirlər. Ata oğluna kiçik məsuliyyətlər verə bilər.

Tutaq ki, marketə gediblər. Hansısa kiçik bağlamanı ona verib: “afərin, ağıllı balam, sən olmasaydın, mən bunu tək apara bilməzdim” kimi cümlələr qurulmalıdır. Onun elədiyi davranışlarda, yəni müsbət hərəkətlərin böyüdülməsi, mənfi davranışların kiçildilməsində atanın korreksiyasına çox böyük ehtiyac var. Boşanmış ailələrdə isə istər qız, istərsə də oğlan “mənə nə olacaq” kimi şübhəyə düşürlər.

Bu halda hər iki valideynin boşanmadan əvvəlki söhbəti çox vacibdir. Uşaqlara bu məsələnin onlarla bağlı bir situasiya olmadığını, onlara olan sevgilərinin daim qalacağını və həftədə bir dəfə yox, daha tez-tez görüşəcəkləri barədə bildirməlidirlər.

Boşanmadan sonra da ata övladı ilə müsbət davranmalı, ona ancaq örnək olmalıdır. Təkcə ad günündə deyil, uşağın həyatında əlamətdar olan bütün günlərdə də ata övladına onun vacib olduğunu hiss etdirməli, yanında olmalıdır.

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv