Ailəsi ilə istirahətə gedən 2 yaşlı uşaq çayda boğuldu
Zaqatalada 2 yaşlı uşaq çayda boğularaq ölüb.
Yenicag.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
Belə ki, Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarına gediblər, bu zaman 2023-cü il təvəllüdlü Səfiyə İsmayılova valideynlərinin nəzarətindən yayınaraq çaya düşüb.
Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına catdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır./unikal