Girovun ailəsi prezidentə müraciət edəcək

media-hightechnic-468x90

img1605017Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman erməni işğalçıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsi prezidentə müraciət edəcək.

media-banner_tuq

D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, girovların qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətindən narazı olduqlarını ifadə edib:

“BQXK-nə dəfələrlə müraciət etmişik. Onların fəaliyyətindən narazıyıq. Atamın geri qaytarılması ilə bağlı yəqin ki, ölkə prezidentinə müraciət edəcəyik”.

Daha sonra K. Əsgərov bir neçə gün öncə BQXK-ın xətti ilə girovluqda olan atasından məktub aldıqlarını da qeyd edib.

K.Əsgərov atasının səhhətinə görə narahat olduqlarını deyib:

“Məktub gəlib çatıb. Atam orada səhhətinin yaxşı olduğunu yazıb. Amma o, bizi aldadır, səhhəti yaxşı deyil. İşgəncə verirlər ki, səhhəti yaxşı deyil. Onun geri qaytarılması ilə bağlı ATƏT, BMT, BQXK-nə rəsmi şəkildə müraciət etmişəm”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Qondarma rejim onlar üçün “məhkəmə” təşkil edib.(azvision)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05