Zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb.
Albaniyanın Səhiyyə və Sosial Müdafiə naziri Oqerta Manastirlu 600-dən çox insanın yaralandığını deyib.
“600-dən çox insan Tirana, Durres, Krui və Lejidəki xəstəxalanalara tibbi yardım üçün müraciət edib”, – nazir bildirib.
***
10:50
Albaniya paytaxtı Tirana şəhəri yaxınlığında güclü zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu məlumatı ABŞ Geologiya Xidməti yayıb.
Zəlzələ nəticəsində 3 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
Məlumata görə, bir neçə yaşayış binası dağılıb. Dağıntılar altında çoxlu sayda insan qalıb.
6,4 bal gücündə olan yeraltı təkanlar Şidjak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
www.yenicag.az