Alimlər birliyinin rəhbəri axtarışdadır

media-hightechnic-468x90

6a2158310f7588cbf7fbc4fdfa91eb2cBeynəlxalq polis təşkilatı olan İnterpol Misir məhkəməsinin həbsinə qərar verdiyi Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif Əl Karadavinin axtarışına başlayıb. İntrepol Karadavi haqqında qırmızı büllüten açıb və üzv ölkələrə yayıb. 88 yaşlı alim haqqında anket məlumatlar və fotoşəkillər təşkilatın saytında da yerləşdirilib.

Qeyd edək ki, Misir və Qatar vətəndaşı olan Yusif Əl Karadavi cinayətə təhrik və yardım, məhbusların qaçmasına yardım, vandalizm və soyğun kimi əməllərdə təqsirləndirilir.

O, Misirin sabiq prezidenti Məhəmməd Mursini dəstəkləyən tanınmışlardan olub. Karadavi ilə yanaşı Müsəlman Qardaşları (İhvan) təşkilatının bir sıra liderləri də beynəlxalq axtarışa verilib.

(lent.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa